UEFA-nın “Malaqa” ilə bağlı qərarı ləğv edildi

UEFA-nın “Malaqa” ilə bağlı qərarı ləğv edildi

UEFA İspaniyanın "Malaqa" klubunu iki il müddətinə öz bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırması ilə bağlı verdiyi qərarı ləğv edib.

Siasport-un "Röyters"ə istinadən yaydığı xəbərə görə, bu qərardan sonra Apelyasiya Məhkəməsinə şikayət edən ispan klubu istəyinə nail olub. Klubların şikayətinə baxan məhəkəmənin Nyonda keçirilən toplantısında cəzanın ləğv ounması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Avropanın ali futbol qurumu "Malaqa"ya bu mövsümdə kredit borclarını və vergiləri ödəyə bilmədiyi üçün bu cəzanı tədbiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə