Bu gün Yunanıstanın Saloniki şəhərində şahmat üzrə Qran-pri çərçivəsində 4-cü turnirin startı veriləcək. Siasport xəbər verir ki, yarışda iştirak etməli olan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Ellada torpağına getməyib. Həmyerlimiz buna səbəb kimi ailə məsələlərini göstərib. Onun yerinə Etyen Bakro (Fransa) oynayacaq. İlk 3 turnirə qatılan Şəhriyar Məmmədyarov isə bu dəfə istirahət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB