Beynəlxalq Güləş Federasiyası FILA-nın növbədənkənar Konqresi keçirilib
Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Güləş Federasiyası FILA-nın növbədənkənar Konqresi keçirilib. Siasport xəbər verir ki, tədbirdə güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında saxlanılması üçün bir sıra qərarlar qəbul edilib, eyni zamanda quruma yeni prezident də seçilib.
Xatırladaq ki, hər şey Beynəlxalq Olimpiya Komitəsi Icraiyyə Komitəsinin güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında olacaq 25 idman növü sırasına daxil etməməsindən sonra başlamışdı. Həmin qərarın ardınca FILA-nın İcraiyyə Komitəsinin üzvləri bu ilin fevralında səs çoxluğu ilə prezident Rafael Martinettiyə etimadsızlıq göstərərək onun istefasına nail olmuş və serbiyalı Nenad Laloviç müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyə başlamışdı. Moskvadakı tədbirdə Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib. AGF rəsmisi Lider Televiziyasının Moskva bürosuna verdiyi müsahibəsində Konqres və Konqresdə qəbul edilən yeni qərarlar barədə fikirlərini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB