"Bavariya"nın baş məşqçisi Yupp Haynkes mövsüm başa çatandan sonra Madrid "Real"ına keçə bilər. Siasport-un ispan mətbuatına istinadən yaydığı xəbərə görə, əgər Karlo Ançelotti İspaniya klubuna gələ bilməsə, o zaman "Real" Haynkesə iki illik müqavilə təklif edəcək.
Qeyd edək ki, "Kral klubu"nun hazırkı baş məşqçisi Joze Mourinyonun mövsümün sonu komandadan ayrılacağı rəsmiləşib.
Yupp Haynkes bu mövsüm "Bavariya"ya ölkə çempionu adını qazandırıb, Çempionlar Liqasının və Almaniya kubokunun finalına çıxarıb. Mövsümün sonu o, Münhen klubunu tərk edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB