"Atletiko" Radamel Falkaonu sərbəst buraxdı

"Atletiko" Radamel Falkaonu sərbəst buraxdı

2011-2012-ci il mövsümünün əvvəlində "Porto"dan "Atletiko"ya 40 milyon avro qarşılığında transfer olunan Radamel Falkao 2 mövsüm boyunca meydana çıxdığı 90 matçda 70 qol vuraraq komandasının uğurlarında böyük pay sahibi oldu. Siasport xəbər verir ki, Madrid klubunun baş meneceri Migel Marin Falkaonun klubdan ayrılmaq istədiyi halda mane olmayacaqlarını bildirib. O, fikirlərini belə ifadə edib: "Mövsümün əvvəlində biz Falkao ilə danışdıq. Bildirdik ki, əgər Çempionlar Liqasına qatılmaq şansı qazansaq, onun bütün qərarlarına hörmət edəcək. İndi klubda qalıb-qalmamaq öz qərarıdı və "Atletiko" olaraq həmişə bu qərarın arxasında olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə