İngiltərə mətbuatı, Aleks Fergusyonun gedişindən sonra "Mançester Yunayted"də qalmayacağı barədə danışılan Uen Runi haqqında yeni iddia ortaya atıb. Siasport.az saytı xəbər verir ki, "The Quardian" nəşri təcrübəli futbolçunun "Çelsi"yə kecəcəyi barədə yazı dərc edib. Yazıda qeyd olunur ki, komanda rəhbərliyi ilə keçirdiyi görüşdə A.Fergusyondan sonra yeni rəhbərliklə işləmək istəmədiyini açıqlayan təcrübəli futbolçu, yeni mövsümdən özünə komanda axtarışına çıxıb. İngilis mətbuatının yazdığına görə, "Çelsi"nin prezidenti Roman Abromoviç U.Runini komandasında görmək istəyir. Verilən məlumata əsasən, artıq "zadəganların" menecerləri təcrübəli futbolçu ilə danışıqlara başlamağa hazırlaşırlar. "Dumanlı albiom" mətbuatının yazdığına görə, R.Abromoviç U.Runini heyətə daxil etməklə, komandanın hücum xəttini ikiqat gücləndirməyə və gələcək mövsümdə çempionluq uğrunda gərgin mübarizəyə başlamağa qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB