Puyoldan Tito Villanovaya jest!

Dünən futbol üzrə İspaniya çempionatının qalibi olan "Barselona"ya çempionluq kuboku təqdim olunub. Siasport.az saytı xəbər verir ki, böyük təntənə ilə keçən təqdimetmə mərasimi duyğulu anlarla yadda qalıb. Belə ki, "Barselona"nın kapitanı olan Puyol, centilmenlik göstərərək, Kuboku qaldırmaq missiyasını xəstəlikdən sonra komandaya qovuşan baş məşqçi Tito Villanova və Erik Abedala həvalə edib. Puyolun bu addımı, minlərlə "Barselona" azarkeşi tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə