"Bu mənim üçün çox sevindiricidir. Şadam ki, bu komanda ilə birinci ilimdə çempionluğu yaşadım".
Siasport xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Nikolas Kanales komandasının çempion olması haqqında danışarkən deyib.
Vurduğu 26 qolla Topaz Premyer Liqanın bombardiri olan çilili forvard bu haqda fikirlərini bölüşüb: "Çempionatı bombardir kimi başa vurmaq mənim üçün ikiqat bayramdır. Ancaq əsas qol vurmaq deyil. Əsas odur ki, komandam qələbə qazansın".
N.Kanales "Xəzər Lənkəran"la kubokun final oyunundan da danışıb: "İki gün istirahət etdikdən sonra oyuna bir həftə qalacaq. Bu vaxt ərzində ciddi hazırlaşmalıyıq. Çünki "Xəzər Lənkəran" adi komandalardan deyil. Bu qarşılaşma mövsümün son oyunu olacaq. İstəyirik ki, bu mövsümü qələbə ilə başa vuraq. "Neftçi" ilə birinci mövsümümdə çempionluqla yanaşı kuboku da qazansam, bu lap əla olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB