"Qalatasaray" Alper Potuq transferini dondurdu

"Qalatasaray" Alper Potuq transferini dondurdu

"Qalatasaray"ın heyətinə qatmaq istədiyi "Əskişəhərspor"lu futbolçu Alper Potuk transferini dondurub. Siasport xəbər verir ki, buna səbəb klubun "sarı-qırmızılılar"dan çox şey tələb etməsidir.

Türkiyə mətbuatının verdiyi məlumata görə, "Cim-Bom" gənc yarımmüdafiəçi üçün 5 milyon avro və futbolçuları Yigit Gökoğlan və Kulyonu təklif edib. Bunu qəbul etməyən "Əskişəhərspor" 8 milyon avro və Yohan Elmanderi tələb edib. Tələblərin çox olduğunu bildirən "Qalatasaray" transferi hələlik dondurduğunu açıqlayıb.

Bu hadisədən sonra klubuna müraciət edən Alper Potuk "Qalatasaray"dan başqa komandaya getmək istəmədiyi fikrini yeniləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə