"İnter"in forvardı Antonio Kassano özü ilə bağlı maraqlı fikirlər səsləndirib.
Siasport xəbər verir ki, daha yaxşı karyerası olmadığına görə özünü günahlandıran italiyalı oyunçu övladlarının futbolçu olmağına heç vaxt icazə verməyəcəyini bildirib:
"Əgər karyeram yaxşı alınmayıbsa, bu mənim günahımdır. Futbol oynamaq üçün kifayət qədər keyfiyyətlərimin olduğunu düşünürdüm. Böyük klublarda çıxış etmişəm, amma onlarda əhəmiyyətli rol oynamamışam. Həmişə potensialımın yalnız 50 faizini ortaya qoymuşam. Qeyri-peşəkar davranmaq üçün yol axtarmışam. Bəlkə də baş verənlərdə 99 faiz səhv məndə idi.
Mən hər şeyə inanan adam deyiləm. Amma bir dəfə stadionda ürəyim tutanda təcili tibbi maşınla xəstəxanaya aparılırdım. Həmin vaxtdan bu günə qədər heç unutmadığım bir məqam var. Xəstəxanaya aparılarkən yolda yalnız bir şey fikirləşirdim. Xəstəxanada olan kimsə nəsə etməli idi ki, mən yenə oğlumu görüm. Ölümdən qorxmuram. Yalnız övladlarımı bir daha görməyəcəyimdən qorxuram. Övladlarıma peşəkar futbolçu olmağa icazə vermərəm. Özüm olanlardan bezmişəm, çünki futbol dünyasında kifayət qədər yalançı insan var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB