Çimərlik futbolu üzrə Avropa kubokunun ikinci turunda Polşa çempionu "Qrembax"la qarşılaşan "Bakı" gərgin mübarizə nəticəsində məğlubiyyətlə barışmalı oldu. Siasport xəbər verir ki, bu oyunda yalnız qələbə Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmək şanslarını qoruyub saxlaya bilərdi.
Bu səbəbdən "Bakı" ilk dəqiqələrdən hücuma diqqət ayıraraq qələbə üçün oynadığını nümayiş etdirdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda təcrübəli Polşa komandası yaranan imkanlardan maksimum istifadə edərək, iki dəfə fərqlənməyə imkan tapdı. "Bakı" vurulan qollardan yalnız birinin əvəzini çıxa bildi.
"Bakı"nın heyətində Ramil Əliyev gözəl qol vuraraq, hesab arasındakı fərqi minimuma endirib.
İkinci oyun günü "Qrembax"a məğlub olan "Bakı" 1/4 finala yüksəlmək şanslarını itirdi. "Bakı"nın yer aldığı E qrupundan növbəti mərhələyə hərəyə iki qələbə qazanan "Terraçina" və "Qrembax" yüksəldilər.
Sonuncu, formal xarakter daşıyan 3-cü turda "Bakı"nın rəqibi Latviyanın "Kreiss" klubu olacaq.
Günün nəticələri:
Qrembax (Polşa) 2:1Bakı (Azərbaycan)
Terraçina (İtaliya) 7:3 Kreiss (Latviya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB