Əfsanəvi ingilis futbolçu Devid Bekhem, sən demə Leonel Messi ilə mübarizədə qocaldığını hiss etdiyi üçün yaşıl meydanlarla vidalaşmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, ingilis futbol ulduzu, "Sky Sports"a müsahibəsində bunu açıqca etiraf edib: "Hələ də yüksək səviyyədə mübarizə aparacağımı düşünürəm. Son altı ayda da bunu sübut etdim. Amma futbolu məhz zirvə nöqtəsində buraxmaq daha münasib olardı ki, bunu da etdim". "Sky Sports" əməkdaşının, "Futbolçu karyeranızı bitirməklə bağlı qəti qərarı nə vaxt verdiniz" sualına Bekhem yarızarafat, yarıciddi belə cavab verib: "Yəqin ki, Messi meydanda topla mənim yanımdan sürətlə keçib, sonra da məni "aldadanda"!. Futbol həyatımda çox şanslı olmuşam. Ötən il ABŞ-da, bu il isə PSJ ilə Fransada çempion adını qazandım. Məncə, bundan sonra futboldan getmək ən yaxşı addım olardı". Bekhem insanların onu çalışqan bir futbolçu olaraq xatırlamalarını istədiyini deyib: "Mən futbol sevgisiylə alışıb-yanan biri olmuşam. Meydana çıxdığım hər oyunda həmişə həyəcanlı olmuşam. Ümid edirəm, azarkeşlər məni məhz belə xatırlayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB