Lampard "Çelsi"də qaldı

"Çelsi" futbolçusu Frank Lempardla müqavilənin müddətini uzadıb.

Siasport xəbər verir ki, UEFA Avropa Liqasında "Benfika" ilə oyundan (2:1) sonra ingilis hücumçunun komandasının formasını daha bir il geyəcəyi rəsmiləşib.

Müqavilə imzaladıqdan sonra Lempard komanda da qaldığı üçün xoşbəxt olduğunu deyib: "Hər kəsin bildiyi kimi istəyim burada qalmaq idi. Uzun zamandır danışıqlarımız davam edirdi. Axır ki, razılaşdıq. İstəyimi reallaşdırdığı üçün Roman Abramoviçə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə