"Fənərbaxça"nın futbolçuları Droqbaya minnətçi düşdülər...

"Fənərbaxça"nın futbolçuları Droqbaya minnətçi düşdülər...

"Fənərbaxça" və "Qalatasaray" arasında keçirilən son derbidə, meydan sahibi olan komandanın azarkeşləri tərəfindən "Qalatasaray"ın ulduz futbolçusu olan Didye Droqbaya qarşı irqçi təhqirlərin səsləndirilməsi, ona banan uzadılaraq şüarlar səsləndirilmələri, böyük ajiataja səbəb olub. Siasport.az saytı xəbər verir ki, həttda bu faktın təsdiq olunacağı təqdirdə UEFA tərəfindən "Fənərbaxça"ya ciddi cəza veriləcəyi də gözlənilir. Bütün bunları göz önünə alan və UEFA ilə onsuz da gərgin münasibətlərdə olan "Fənərbaxça" futbol klubu, bu durumdan ciddi narahatdır. Komandanın iki futbolçusu Raul Mereleş və Pierro Vebo D.Droqbaya telefonla zəng edərək, ondan baş verənlərin şişirdilməməsi üçün addım atmasını xahiş ediblər. Türkiyədə heç zaman irqçi ayrı-seçkiliyin olmadığını deyən "Fənərbaxça"lı futbolçular, UEFA tərəfindən komandaya cəza verilməsinə yol verməmək üçün D.Droqbadan addım atmasını xahiş ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə