"Barselona" klubu B komandasının futbolçusu Jerar Deulofeu ilə dörd illik müqavilə imzalayıb.
Siasport xəbər verir ki, əslən fransız olan oyunçu 2017-ci ilə qədər katalon klubunun şərəfini qoruyacaq. Müqavilədə başqa klublara transfer olunacağı halda, Jerarı 35 milyon avro qiymət qoyulacağı haqda bənd də yer alıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu hücumçudur və "Barselona"nın gələcək ulduzlarından hesab olunur. O, əla driplinqlər, yüksək sürəti, lazımi məqamda dəqiq qol ötürməsi ilə diqqət çəkir.
Yeri gəlmişkən, hələ 2010/11-ci il mövsümündə "Barselona"nın o vaxtı baş məşqçisi Xosep Qvardiola cəmi 17 yaşı olan Dulofeuni əsas komandaya cəlb edib. Amma onun adı "Real" (Sosyedad) oyunun iştirakçıları sırasında olsa da, meydana buraxılmayıb.
Müqavilə ilə bağlı fikirlərini bildirən fransız futbolçu deyib ki, futbol zirvəsinə çıxmaq üçün əlindən gələni edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB