"Yenə əlavə olunmuş dəqiqələrdə məhv olduq"

"Yenə əlavə olunmuş dəqiqələrdə məhv olduq"

Avropa Liqasının finalında "Çelsi"yə 2:1 hesabı ilə məğlub olan "Benfika" kuboku rəqibinə verib.

Siasport xəbər verir ki, matçdan sonra mətbuata açıqlama verən Portuqaliya təmsilçisinin baş məşqçisi Xorxe Xesus oyunu belə şərh edib: "Çelsi" həftə sonun "Porto"nun etdiyinin eynisini bizə yaşatdı. Yenə əlavə olunmuş dəqiqələrdə məhv olduq. Oyunu əvvəldən sona qədər idarə edən tərəfin biz olduğumuzu düşünürəm. Əla bir oyun göstərdik, amma əlimizə düşən fürsəntlərdən lazımınca istifadə edə bilmədik. Bu səbəbdən də məğlub olduq.

Bütün xəbərlər Facebook səhifəmizdə