Rafael Benites: "Çox böyük bir komandaya qarşı oynadıq"

Rafael Benites: "Çox böyük bir komandaya qarşı oynadıq"

Avropa Liqasının finalında "Çelsi" "Benfika"nı 2:1 hesabı ilə məğlub edərək kubokun yeni sahibi olub.

Siasport xəbər verir ki, matçdan sonra mətbuata açıqlama verən "Zadəganlar"ın baş məşqçisi Rafael Benites oyunla bağlı bu sözləri deyib: "Oyunçularımla fəxr edirəm. Çox böyük bir komandaya qarşı oynadıq. Kuboku qazandığımız üçün çox xoşbəxtəm".

İngilis klubundakı gələcəyi haqda da danışan ispan mütəxəssis bu sözləri deyib: "Gələcək haqqında düşünmək üçün hələ vaxtımız var. Bəlkə də PSJ-yə keçəcəm, bunu hələ heç kim dəqiq deyə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə