"Çelsi" Avropa Liqasının qalibi oldu

"Çelsi" Avropa Liqasının qalibi oldu

Dünən axşam UEFA Avropa Liqasının final oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda keçirilən oyunda son Çempionlar Liqasının qalibi "Çelsi" Portuqaliya "Benfika"sı ilə münasibətlərə aydınlıq gətirib. "Amsterdam Arena" stadionunda keçirilən qarşılaşmanı bu ölkədən olan hakimlər briqadası idarə edib. Olduqca gərgin keçən qarşılaşmada İngiltərə təmsilçisi çətinliklə də olsa "Benfika"nı məğlub edərək, UEFA Avropa Liqasının Kubokunu başı üzərinə qaldırıb. "Çelsi"nin qollarına Fernando Torres və İvanoviç, "Benfika"nın yeganə qoluna isə Kardosa imza atıblar.

Avropa Liqası, final

15 may

23:45. "Benfika" (Portuqaliya) – "Çelsi" (İngiltərə) - 1:2

Qol: Kardoso, 68(pen) - Torres, 60, İvanoviç, 90+2.

Amsterdam. "Amsterdam Arena" stadionu
Baş hakim: Byorn Kaypers (Hollandiya)

Bütün xəbərlər Facebook səhifəmizdə