"Fənərbaxça" və "Qalatasaray" arasındakı son derbi qarşılaşmasında baş verənlər, hələ də ciddi müzakirə predmeti olaraq davam edir. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"lı azarkeşlərin Didye Droqbaya banan tuşlayaraq, onu "meymun" adlandırmaları, ulduz futbolçunun isə, buna sərt şəkildə cavab verməsi qarşıdurmanı daha da qızışdırıb. "Fənərbaxça"nın ulduz futbolçusu Dirk Kuyt, D.Droqbanın bütün "Fənərbaxça" azarkeşlərinə yönələn sərt tənqidini hec cürə başa düşmədiyini açıqlayıb. Hollandiyalı futbolçu, bir neçə nəfərə görə bütün azarkeşləri günahlandırmaqın yolverilməz olduğunu düşünür: " Bu cür tənqidi hamıya aid etmək olmaz. Doğrudur, bu baş verənlərə görə çox məyusam. İnsanları irqinə, dininə görə ayırmaq yolverilməzdir. Belə bir halı heç kim müdafiə edə bilməz. Amma Didye Droqba kimi ulduz futbolçuya da bu cür sözlər yaraşmaz."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB