Kaxa "Bakıda!"

Son günlər "Bakı"nın baş məşqçi postu ətrafında gəzən söhbətlər durmadan artır, müxtəlif namizədlərin adları hallanır.

Siasport xəbər verir ki, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze gələn mövsümdən "zolaqlılar"ı çalışdıra bilər.

Daim əcnəbi məşqçilərə üstünlük verən "Bakı" böyük ehtimalla bu dəfə də analoji addımı atacaq. Sadəcə, klub rəhbərliyi neçə müddətdir Azərbaycanda çalışdığı və bizim futbola bələd olduğu üçün seçimi Sxadadzenin üzərində etmək istəyir. Kaxabver özü də son açıqlamalarında mövsümün sonunda "İnter"də qalıb-qalmayacağının dəqiqləşmədiyini bildirib. Daha bir maraqlı məlumat da ondan ibarətdir ki, əgər Kaxa "Bakı"ya baş məşqçi gəlsə, onun köməkçisi postunu da hazırda "Kəpəz"in baş məşqçisi olan Mahmud Qurbanov tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə