16-18 may 2013-cü il tarixlərində San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək. Tədbirdə AOK-nə üzv olan Milli Olimpiya Komitələrindən olan nümayəndə heyəti iştirak edəcək.Siasport xəbər verir ki, üç gün davam edəcək seminar və forumda Azərbaycanı AR Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil edəcək.
Soçi 2014, Rio 2016, Olimpiya Oyunlarının menecment standartları, Milli Olimpiya Komitələrinin idarə edilməsi qaydaları, Olimpiya dəyərlərinin təbliği metodları və s. əhəmiyyətli mözvuları özündə ehtiva edən tədbirin proqramında 2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müzakirələrə də geniş yer ayrılmışdır.
Son olaraq qeyd etmək lazımdır ki, tədbirin ilk günündə Azərbaycan nümayəndə heyəti iştirakçılar qarşısında Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı təqdimatla çıxış edəcək. Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos da tədbirdə təmsil olunan Milli Olimpiya Komitələri qarşısında ötən ayın sonunda Komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB