"Oyun çox çətin keçdi, futbolçular sona kimi mübarizə apardı". Siasport xəbər verir ki, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində evdə "İnter"i minimal hesabı ilə məğlub etmələrini dəyərləndirib: "Futbolçumuzun qırmızı vərəqə alması oyunumuza təsir etdi, bizim üçün daha da ağır oldu. Oyunu qələbə ilə başa vura bildik, komandamı təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB