"Ümumilikdə, yaxşı oyun alındı. Bu cür oyunlar çətin olur". Siasport xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan paytaxt təmsilçisinin çalışdırıcısı "Qəbələ" ilə səfər oyunu haqda fikirlərini açıqlayıb: " "Qarabağ"ın əziyyətinə heyfim gəlir. Çempionluq üçün çox əziyyət çəkdilər, lakin bu fürsəti əldən verdilər. Mən isə bu fürsəti əldən verməzdim. "Xəzər Lənkəran"ı da Avroliqaya vəsiqə qazanması münasibətilə təbrik edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB