Balotelli qurban oldu

Hər dəfə etdiyi hərəkətləri ilə gündəmə gələn "Milan"ın hücumçusu Mario Balotelli bu dəfə istər-istəməz diqqət mərkəzinə düşüb.

Siasport xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan "Milan" - "Roma" oyunu zamanı italiyalı futbolçunun evi oğrular tərəfindən qarət olunub. Bu barədə İtaliyanın "Gazzetta dello Sport" qəzetinin jurnalisti Tankredi Palmer "Twitter"dən məlumat yayıb.

Qeyd edək ki, evdə quraşdırılan kameralar zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə