Rus milyarder Karlos Tevezə ildə 10 milyon avro təklif etdi!

Rus milyarder Karlos Tevezə ildə 10 milyon avro təklif etdi!

Bu il futbol üzrə Fransa çempionatının güclülər dəstəsində çıxış etmək hüququ qazanan "Monako" klubu, super transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, fransız klubunun bu niyyəti barədə Fransanın yüksək tirajlı və nüfuzlu "L'Equipe'te" qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, "Monako"nun rusiyalı milyarder sahibi olan Dmitri Rıybalov, "Mançester Siti"də forma geyən argentinalı ulduz futbolçu Karlos Tevezi öz heyətinə qatmaq üzrədir. Qəzet iddia edir ki, artıq fransız klubunun menecerləri argentinalı 32 yaşlı futbolçu ilə anlaşma əldə ediblər. Verilən xəbərə görə, ona ildə 10 milyon avro məvacib ödənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə