Milan Jovanoviç "Beşiktaş"a keçir?

Milan Jovanoviç "Beşiktaş"a keçir?

İstanbulun "Beşiktaş" futbol klubu, transfer işlərinə başlayıb. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi ən azından UEFA Avropa Liqasında çıxış etməyi təmin etdikdən sonra, ciddi transferlərlə güclənməyə qərar verib. Belə ki, "Anderlext"in serbiyalı forvardı Milan Jovanoviç ilə "Beşiktaş"ın menecerləri arasında prinsipial anlaşma əldə olunub. Türkiyə mətbuatı xəbər verir ki, "qara qartal" 32 yaşındakı futbolçu üçün ildə 1,4 milyon avro ödəməyə razı olub. Məlumata əsasən bu həftənin sonunda təcrübəli futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Olduqca texnikalı futbolçu kimi tanına serb forvard, bu mövsüm "Anderlext"in heyətində UEFA Çempionlar Liqasında 5 qarşılaşmada 1 qol vurub. Belçika çempionatında isə, 26 qarşılaşmada 7 qola imza atıb, 13 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə