Valeriya Korotenko daha bir il “Azərreyl”də!

Valeriya Korotenko daha bir il “Azərreyl”də!

Bakının qadınlardan ibarət "Azərreyl" komandası daha bir voleybolçusu ilə müqaviləni yeniləyib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının aparıcı üzvləri – Oksana Parxomenko, Polina Rəhimova və Kseniya Kovalenkonun ardından Valeriya Korotenko da "Azərreyl" ilə anlaşmanın müddətini uzatmaq qərarına gəlib. Qeyd edək ki, voleybolçu daha bir il "Azərreyl"in şərəfini qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə