Kristof Daum: "Mən "Beşiktaş"ın baş məşqçisi olmaq istəyirəm"

Kristof Daum: "Mən "Beşiktaş"ın baş məşqçisi olmaq istəyirəm"

Vaxtı ilə "Fənərbaxça"nın baş məşqçisi olmuş Kristof Daum, indi də "Beşiktaş"ın sükanı arxasına keçmək istəyir. Siasport.az saytı xəbər verir ki, hazırda Malyorkada istirahət edən almaniyalı futbol mütəxəssisi, "Beşiktaş" prezidenti Fikrət Ormanla danışıqlar aparmağa hazır olduğunu elan edib. Türkiyənin "Fanatik.com.tr" idman saytının məlumatında deyilir ki, alman mütəxəssis "Bursaspor" və Genclerbirligi"ndən təklif aldığını təsdiq edərək, onlara "yox" cavabını verdiyini açıqlayıb: "Sözsüz ki, "Beşiktaş"ın yeri tam başqadır. Türkiyə mənim ikinci vətənimdir. Burda olmaqdan daima şadam. Fikrət Ormanı da yaxşı tanıyıram. əgər şəxsən mənimlə görüşmək istəsə, geri çevrimərəm. Başqa ölkələrdən də təklif var. Bu ayın sonunda qərarımı konkretləşdirəcəyəm."-deyə K.Daum fikirini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə