"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 31-ci turunun "Qəbələ" ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "ağ qaraların" vitse-prezidenti belə hesab edir ki, "Qəbələ" ilə qarşılaşma onun komandası üçün çətin olacaq: "Qəbələdə yaxşı hava var, stadionun da vəziyyəti idealdı. Yerli klub rəhbərliyi burda yaxşı şərait yaradıb. Bu komanda Avropa Liqasında oynamağa layiqdi. Ümid edirəm ki, yeni mövsümdə onlar buna nail olacaqlar. Qəbələyə səfər heç bir klub üçün asan olmayıb. Bizi də asan sınaq gözləmir. "Neftçi"nin futbolçuları bu oyunun məsuliyyətini yaxşı başa düşürlər. Rəhbərlik onların qarşısına hansısa şərt qoymayıb. Çünki bu, onlara mənfi təsir edə bilər. Bizə ardıcıl üçüncü dəfə çempion olmaq üçün cəmi bir xal lazımdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB