"Turan"ın "Kəpəz"ə məğlubiyyətindən sonra Tovuzda əhali və azarkeşlər arasında böyük narazılıqlar baş qaldırıb. Onsuzda ağır vəziyyətdə olan komandanın aşağı diviziona düşməsi tovuzluların qəzəbinə səbəb olub. Siasport xəbər verir ki, İlqar Tağıyev deyib ki, narazı azarkeşlər sabah günorta stadionun qarşısında mitinq keçirməyi planlaşdırırlar:
"Bu barədə mənə tovuzlu azarkeşlər məlumat verdilər. Artıq yüzlərlə adamın sabah saat 3-də Tovuz rayon şəhər stadionunun qarşısına toplaşacağı dəqiqdir. Azarkeşlərin tələbi klubun hazırki rəhbərliyi, əsas da vitse-prezident Namiq Məstanov və onun klubdakı qohum-əqrəbalarını stadiondan zor gücünə də olsa çıxarmaqdır. Azarkeşlərin sözlərinə görə, "Turan"da baş verənlər, oyunların satılması və komandanın tarixində ilk dəfə aşağı diviziona düşməsinin əsas günahkarı Namiq Məstanov və əlaltıları nəinki klubdan, rayondan getməlidirlər"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB