Droqba ona meymun deyən "Fənərbaxça" azarkeşlərinə cavab verdi!

Droqba ona meymun deyən "Fənərbaxça" azarkeşlərinə cavab verdi!

Futbol üzrə Türkiyə Superliqasında keçirilən "Qalatasaray"-"Fənərbaxça" derbisində "Fənərbaxça"lı azarkeşlərin Didye Droqbanın əleyhinə şüarlar səsləndirərək, ona banan göstərmələri, ulduz futbolçunu meymuna bənzətmələri ciddi rezonans yaradıb. Siasport.az saytı xəbər verir ki, açıq şəkildə irqçilik hesab olunan bu addım, "Qalatasaray" futbol klubu tərəfindən ciddi etirazla qarşılanıb. Türkiyə mətbuatı xəbər verir ki, bu məsələ ilə bağlı UEFA tərəfindən "Fənərbaxça"ya ciddi cəza veriləcəyi gözlənilir. Bu arada ulduz futbolçunun özü də "Fənərbaxça" azarkeşləri tərəfindən ona qarşı yönələn təhqiredici hərəkətələrə cavab verib. D.Droqba, "Fənərbaxça" azarkeşlərini "Qalatasaray"lılardan əxlaq dərsi almağa dəvət edib: "Mənə meymun deyirsən. Mən 2008-ci ildə "Fənərbaxça"nı məğlub edib Çempionlar Liqasından uzaqlaşdıranda ağlayırdın. Mənə meymun deyirsən, mən UEFA Çempionlar Liqasını qazanada sən televiziya önündə mənə alqış deyirdin. Mənə meymun deyirsən, mən "Qalatasaray"la çempion olduğum üçün sən dəliyə çevrilmisən. Dünən sənin komandana qələbə qazandıran Veboyu alqışlayarkən, onun da mənim kimi bir meymun olduğunu heç düşündünmü?. Belə bir hərəkəti "Qalatasaray" azarkeşi heç zaman eləməz."

Bütün xəbərlər Facebook səhifəmizdə