Mançester Yunayted"in əfsanəvi məşqçisi Aleks Ferqyussonun istefasından sonra onun yerinə gətirilən Devid Moyes mətbuat konfransı keçirib. Siasport xəbər verir ki, 51 yaşlı şotlandiyalı çalışdırıcı hazırkı komandası "Everton"dan mövsümün sonunda ayrılmaq fikrində deyilmiş.
Moyes bildirib ki, Liverpul təmsilçisində hətta növbəti mövsümün hazırlıqlarına da başlayıblar: "Mövsümün sonunda müqaviləmin müddəti başa çatacaq. "Everton"dan ayrılmağı planlaşdırmırdım. Hətta növbəti mövsümün hazırlıqlarına da başlamışdıq. Klubun prezidenti ilə də bu haqda danışırdıq. Onunla aramız çox yaxşıdır. Prezidentimiz əla insandır. Çərşənbə günü gerçəkləşdirdiyimiz görüş ikimiz üçün də çətin keçdi. Təbii ki, o, bu məsələdə mənə qarşı anlayışlı oldu. "Everton" çox yaxşı futbolçulardan təşkil edilmiş bir komandadır. Belə bir klubdan ayrılacağım üçün çox məyusam".
Qeyd edək ki, Devid Moyes "Mançester Yunayted"də yeni işinə iyulun 1-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB