“AtaSığorta” Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirmişdir

“AtaSığorta” Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirmişdir

9 may 2013 tarixində "AtaSığorta" ASC-nin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirilib. Siasport xəbər verir ki, doqquz komandanın iştirak etdiyi yarışmada, qalib komanda və fərdi göstəricilərə görə ilk 3 yeri tutmuş əməkdaş qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Yarışa qatılan hər kəsə təşəkkür edir, qalibləri təbrik edirik.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə