"Xəzər Lənkəran" bir legionerə qapını göstərdi

"Xəzər Lənkəran" bir legionerə qapını göstərdi

"Xəzər Lənkəran" daha bir futbolçu ilə yollarını ayırıb.

Siasport xəbər verir ki, "ağ-yaşıllar"ın heyətinə 2012-2013 mövsümünün qış fasiləsi zamanı cəlb olunan argentinalı forvard haqqında son qərar, bu gün, futbolçu ilə klubun ofisində keçirilən görüşdən sonra verilib.

Qarşılıqlı anlaşma əsasında Olquinlə "Xəzər Lənkəran" arasında olan müqavilə ləğv olunaraq futbolçuya gələcək karyerasında uğurlar arzulanıb. Lusiano da öz növbəsində formasını daşıdığı klubun qarşıdakı oyunlarda qələbə ilə meydandan ayrılaraq ən son Azərbaycan kubokunun sahibi olacağına ürəkdən inandığını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə