Fransanın məşhur "Monako" klubu Madrid "Atletiko"sunun ulduz futbolçusu Radamel Falkao ilə maraqlanır.
Siasport xəbər verir ki, "Monako"nun rusiyalı prezidenti Dimitri Ribolovyev klubun yay transferləri üçün 200 milyon avro ayırıb.
Radamel Falkaonu sıralarına qatmağa çalışan "Monako", kolumbiyalı "snayper"in ilinə 10 milyon avro təklif edib. Əgər bu keçid baş tutsa Falkao hal-hazırkı klubu "Atletiko"dakından 3 dəfə çox qazanacaq.
Qeyd edək ki, "Monako" Fransa 2-ci Liqasından bu il əsas liqaya vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB