Berbatov "Qalatasaray"ın hədəfində

Berbatov "Qalatasaray"ın hədəfində

Türkiyənin "Qalatasaray" klubu "Fulham"ın futbolçusu Dimitr Berbatovu transfer edə bilər.

Siasport xəbər verir ki, bu barədə İngiltərinin nüfuzlu "Daily Mail" qəzeti xəbər yayıb. Xəbərdə "Cim-bom"un 32 yaşlı hücumçu üçün kluba 5 milyon sterlinq dəyərində bir təklif hazırladığı bildirilir. Berbatova isə yüksək qiymətli maaş veriləcəyi iddia edilir.

Qeyd edək ki, bolqarıstanlı hücumçu bu mövsüm "Fulham" forması ilə oynadığı 31 matçda 13 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə