Runi "Mançester Yunayted"dən getmək istəyir

Runi "Mançester Yunayted"dən getmək istəyir

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi komadasından ayrıla bilər.

Siasport xəbər verir ki, klubun hücumçuya verilən illik məbləği azaltmaq istəməsi Runinin narazılığına səbəb olub. Bundan sonra o, transfer siyahısına alınması üçün kluba müraciət edib.

Qeyd edək ki, xəbərdə "Qırmızı şeytan"lara David Moyesin baş məşqçi gələcəyi halda hücumçunun komandada qalma ehtimallarının olduğu yazılıb. Çünki Runinin şotlandiyalı çalışdırıcı ilə münasibəti hələ "Everton"da çıxış edən zamandan yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə