David Moyes: "Dünyanın ən yaxşı baş məşqçisinin yerinə gəlirəm"

David Moyes: "Dünyanın ən yaxşı baş məşqçisinin yerinə gəlirəm"

"Mançester Yunated"in yeni baş məşqçisi David Moyes klubu ilə müqavilə bağladıqdan sonra mətbuata açıqlama verib.

Siasport xəbər verir ki, şotlandiyalı mütəxəssis bu vəzifənin ona tapşırılmasından qürur hissi keçirdiyini deyib: "Fergüssonun mənim haqqımda xoş sözlər deməsinə də çox sevindim. Ona böyük hörmətim var. Onun bu komandaya etdikləri göz qabağındadır. Burada işim heç də asan olmayacaq. Çünki dünyanın ən yaxşı baş məşqçisinin yerinə gəlirəm" - deyə Moyes bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə