Böyükağa Hacıyev: "Bu gün çempion olmaq qismətimizdə yox imiş"

Böyükağa Hacıyev: "Bu gün çempion olmaq qismətimizdə yox imiş"

"Bu gün çempion olmaq qismətimizdə yox imiş. Buraxdığımız qolda rəqibin topa zərbəsi komanda yoldaşına dəyərək istiqamətini dəyişdi və qapıya daxil oldu".

Siasport xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 30-cu turunda evdə "Simurq"la (1:1) bərabərə qalan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Bu gün çempionluqlarını elan edə bilmədiklərini deyən təcrübəli çalışdırıcı sözlərini belə tamamlayıb:

"Qarşıda "Qəbələ" və "Bakı" ilə oyunlarımız var. Çempion olmaq üçün 1 xal qazanmalıyıq. Yarımmüdafiə xəttində müəyyən çətinliklərimiz var idi. Nikolas Kanalesin bu gün olmaması da oyunumuza təsir etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə