Yığmamız yerində qaldı

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

Siasport xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda yerində sayıb. Berti Foqtsun çalışdırdığı komandamız yenə də 120-ci pillədə qalıb. Komandamızın hesabında hazırda 276 reytinq xalı var. Yəni, ötən ayla müqayisədə millimizin nə reytinq xalında, nə də qərarlaşdığı pillədə bir dəyişiklik olub.

DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda bir pillə də irəliləyib və hazırda 182 xalla 148-ci yerdə gedir. Şimali İrlandiya yerində sayıb. İrlandlar hazırda 285 xalla yığmamızdan bir pillə öndə 119-cu sırada qərarlaşıblar. Portuqaliyada 1163 xalla beşinci pillədəki yerində qalıb. Rusiya 1052 xalla 11-ci yerdədi. İsrail isə 1 pillə geriləyib. Bu ölkənin millisi 536 xalla 59-cu yerdə gedir.

Reytinq siyahısının ilk onluğunda isə vəziyyət belədi: 1. İspaniya (1538 xal), 2. Almaniya (1428), 3. Argentina (1292), 4. Xorvatiya (1191), 5. Portuqaliya (1163), 6. Kolumbiya (1154), 7. İngiltərə (1135), 8. İtaliya (1117), 9. Hollandiya (1093), 10. Ekvador (1056).

Bütün xəbərlər Facebook səhifəmizdə