Milandan Puyol açıqlaması

"Milan" klubu "Barselona"nın futbolçusu Karles Puyolun kluba transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Siasport xəbər verir ki, klubun vitse-prezidenti Adriano Qalliani ispan müdafiəçiyə heç bir təklif göndərmədiklərini deyib: "Karles bizim ən yaxşı dostlarımızdan biridir və komandamızı çox bəyənir. Amma yaşlı oyunçularla heç bir danışıq aparmırıq. Biz heyətdə gənclərə üstünlük veririk" - deyərək Qalliani xəbərləri təkzib edib.

Qeyd edək ki, Puyol da son açıqlamasında "Barsa"dan ayrılmaq fikrinin olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə