"Qalatasaray"ın vitse prezidenti Adnan Öztürk, komandanın transfer siyasəti ilə bağlı açıqlama ilə çıxış edib. Siasport.az saytı "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, A.Özdürk, "Qalatasaray"ın "Bavariya"nın hollandiyalı ulduz futbolçusu Arien Robbenlə maraqlandığını təsdiq edib. O, hazırda iki klub arasında bu barədə ciddi danışıqların aparıldğını deyərək, bu transfer barədə konkret fikir söyləmək üçün hələ tez oluğunu dilə gətirib. A.Öztürk bundan başqa, "Eskişehirspor"un gənc futbolçusu Alper Potukun transferinin də real və gözlənilən proses olacağını etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB