"Barselona"nın kapitanı Karles Puyol "Milan"da oynaya bilər. Siasport xəbər verir ki, bu barədə məlumat "Barselona" telekanalında yayılıb. Məlumatda bildirilir ki, hazırda zədəsini sağaldan oyunçu bütün karyerası boyu çıxış etdiyi klubu tərk etmək niyyətindədir və hətta o, Barselonadakı evini də satışa çıxarıb. Puyol həmişə sevimli oyunçusu Paolo Maldininin oynadığı "Milan" klubuna rəğbət bəsləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB