Mayın 12-də Türkiyə Superliqası çərçivəsində keçiriləcək "Fənərbağça" - "Qalatasaray" matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Siasport xəbər verir ki, artıq biletlərin qiymətləri də bəllidir. Dünyanın ən baxımlı derbiləri sırasında olan bu qarşılaşmanı tribunadan izləmək sevdasının bədəli 66-315 lirə (təxminən 30-150 manat) arasında dəyişir.
Qeyd edək ki, "Qalatasaray" ötən tur öz meydanında Sivasspor"u məğlub etməklə çempionluğu təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB