Ümummilli liderin xatirəsinə həsr olunmuş retro maşın yürüşünə start veriləcək

Ümummilli liderin xatirəsinə həsr olunmuş retro maşın yürüşünə start veriləcək

Azərbaycan Respublikasının qurucusu və memarı, müstəqilliyimizin əldə edilməsində və qorunub saxlanmasında misilsiz rolu olan böyük dövlət xadimi, Ulu öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasının "90" illik yubileyinə həsr olunmuş Retro avtomobillərin yürüşü təşkil olunur. Siasport xəbər verir ki, 20-yə yaxın qədim avtomobil karvanı 9 may saat 10:00 da Biləcəri qəsəbəsində yerləşən "Avto Retro klub"un bazasından yola düşür.

Bakı - Quba istiqamətində hərəkət edən Retro avtomobillər 10 may tarixində Quba şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib, həmin tarixdə də Bakıya geri dönəcəklər.

Qeyd edək ki, yürüş "Nəqliyyat Nazirliyi"nin dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə