İtaliyanın "Yuventus" futbol klubu, Madrid "Real"ından ayrılması gözlənilən argentinalı Gonzalo Higuaini heyətinə qatmaq istəyindədir. Siasport.az saytı xəbər verir ki, "qoca sinyora"nın argentinalını transfer etmək üçün hərəkətə keçdiyini "La Gazzeta Dello Sport" da yazıb. Nəşrin yazdığına əsasən, Madrid klubu ulduz futbolçusu üçün 30 milyon avro tələb etsə də, italyanlar 25 milyon avroluq təkliflə Madridə gedəcəklər. 25 yaşlı futbolçunun da "Yuventus"da oynamağa müsbət yanaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB