"Barselona" İlkay Gündoğan üçün almanlara 25 milyon avro təklif edir!

"Barselona" İlkay Gündoğan üçün almanlara 25 milyon avro təklif edir!

İspaniyanın "Barselona" futbol klubu, Madrid "Real"ını UEFA Çempionlar Liqasından uzaqlaşdıran Dortmund "Borussiya"sının türk əsilli futbolçusuna "elçi düşüb". Siasport.az saytı xəbər verir ki, katalon klubu gələcək mövsüm üçün yeni heyət formalaşdırmağa elə indidən başlayıb. İlk hədəf isə, "Borussiya"nın ulduz futbolçusu İlkay Gündoğanı heyətə qatmaqdır. Türkiyənin "Milliyet" qəzeti yazır ki, katalon klubu İ.Gündoğana görə alman klubuna nəqd ödəniş şərti ilə 25 milyon avro ödəmək barədə konkret təklif göndərib. İspaniyada "Barselona"ya yaxınlığı ilə bilinən "Sport" qəzeti də bu günkü sayında ulduz futbolçu üçün Borussiya"ya 25 milyon avroluq təklif göndərildiyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə