"Xetafe" qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasında 34-cü tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, turun son qarşılaşmasında "Xetafe" "Real Sosiad"la üz-üzə gəliblər. Olduqca gərgin keçən qarşılaşmada gülən tərəf "Xetafe" olub. "Xetafe" futbolçuları rəqibin qapısından iki qol keçirərək, meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər. Bu nəticədən sonra "Real Sosiad" 58 xalla tunir cədvəlində 4-cü sıradakı mövqeyində qərarlaşıb."Xetafe" isə, 44 xalla 10-cu sıradakı yerini bir qədər də möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə