İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimin "Sivasspor"la keçirlən qarşılaşmadan sonra soyunma otağına daxil olaraq futbolçularına dediyi sözlər, Türkiyə mətbuatında manşetə çevrilib. Siasport.az saytı xəbər verir ki, futbolçularını qələbə və çempionluğ münasibəti ilə təbrik edən "imperator", "İndi gedin evlərinizdə dincəlin. Əsl şou "Kadıköy"də "Fənərbaxça"nı məğlub etdikdən sonra başlayacaq. "Fənərbaxça"nı məğlub etmədən mövsümü bitirmək istəmirəm"-deyərək, böyük bir gərginliyə səbəb olub. Hazırda F.Terimin bu sözləri ilə bağlı sosial şəbəkələrdə "Fənərbaxça" azarkeşləri tərəfindən kəskin etirazlar baş qaldırıb. Bir çox futbol şərhçiləri isə, "imperator"un bu sözlərini yersiz adlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB