"Stok Siti" "Sanderlend"lə bacarmadı

"Stok Siti" "Sanderlend"lə bacarmadı

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı turun son qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "Sanderlend" və "Stok Siti" futbol klubları üz-üzə gəliblər. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Sanderlend"ə bu qarşılaşmada qələbə qazanmaq olduqca vacib idi. Lakin tərəflər meydanı 1:1 hesablı bərabərliklə tərk ediblər. Bu nəticədən sonra "Stok Siti" xallarının sayını 41-ə çatdırıb. "Sanderlend" isə xal ehtiyatını 38-ə yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə